Konqoda nazirin təyyarəsi eniş zamanı yanıb - VİDEO
Konqo Demokratik Respublikasının (KDR) Dağ-mədən sənayesi naziri Lui Watum Kabamba və nümayəndə heyəti möcüzəvi şəkildə xilas olublar. Təyyarə Kolvezidə eniş zamanı zolaqdan çıxaraq yanmağa başlayıb.
“TV1” xəbər verir ki, təyyarədəki 20 nəfərin hamısı yanğın başlamazdan əvvəl təxliyə edilib.
Nümayəndə heyəti yaxınlarda 32 nəfərin həlak olduğu Kalondo mədənindəki vəziyyəti qiymətləndirmək üçün yola düşmüşdü.








