Külək güclənəcək - XƏBƏRDARLIQ
Fevralın 8-də və 9-da bəzi bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib.
“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Xızı, Qusar, Qobustan, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Cəbrayıl, Daşkəsən, Gədəbəy, Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.








