Laçın və Kəlbəcərdə arxeoloji qazıntılar aparılacaq

media-ads_728_90

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları tərəfindən Qarabağda, Xocalı, Ağdam və Əsgəranda qazıntı işləri aparılıb. Gələcəkdə Laçın və Kəlbəcərdə də qazıntıların aparılması nəzərdə tutulur.

“TV1” xəbər verir ki, bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib.

O, institutda ingilisdilli jurnalın fəaliyyət göstərdiyini, gələcəkdə birgə aparılacaq tədqiqatların nəticələrinin bu nəşrdə çap olunacağını qeyd edib. Akademikin sözlərinə görə, aparılacaq tədqiqatlara fərqli sahələrin mütəxəssisləri də cəlb olunacaq və multidisiplinar yanaşmalar tətbiq ediləcək.

media-ads_728_90
Paylaş