media-1200x100

Lavrov Ermənistanı problemləri qonşularla həll etməyə çağırıb

media-ads_728_90

Ermənistan hökuməti dəstək üçün Aİ və ABŞ-yə müraciət etməkdənsə, qonşu dövlətlərlə problemlərini həll etməlidir.

“TV1” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RF diplomatiyasının 2024-cü ildə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

“Biz istər-istəməz Rusiyanın, Azərbaycanın, Türkiyənin, İranın indi danışdıqları məsələyə gələcəyik, yəni region ölkələri öz problemlərini yaxın qonşuları ilə həll etməlidirlər”, – o, Ermənistanın Qərblə yaxınlaşmasının regionda təhlükəsizliyə necə təsir edə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

Nazir əlavə edib ki, Ermənistanın Qərb ölkələri və Aİ ilə təmasları baxımından heç bir problem görmür.

“Ancaq bizim ərazimizdən, adət-ənənələrimizdən və öz qeyri-müstəmləkəçi ölçüdə tarix anlayışından uzaq olan ölkələr Aİ missiyasının Sünik bölgəsində təhlükəsizliyi təmin edəcəyini bəyan edəndə, məsələn, mən bunu başa düşə bilmirəm”, – deyə Lavrov bildirib.

media-ads_728_90
Paylaş