Liviyanın Baş Qərargah rəisi olduğu təyyarə qəzaya düşüb

media-ads_728_90

Ankaradan Tripoliyə uçan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu təyyarə qəzaya uğrayıb.

“TV1” xəbər verir ki, “HaberGlobal”ın yaydığı məlumata görə, təyyarənin qalıqları aşkar edilib.

Haymana meri Levent Koç bildirib: “Axtarış aparılacaq ərazilər kəndlərin yerləşdiyi bölgələrdir. 6-7 kəndin olduğu yerdir. Piyada gedilə bilən bir yer deyil. Hazırda əlverişsiz hava şəraiti hökm sürür. Hava yağışlı və dumanlıdır”.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankara hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan Falcon 50 təyyarəsinin qalıqlarının aşkarlandığını təsdiqləyib.

O, “X” hesabında yazıb:

“Ankaradakı Esenboğa hava limanından Tripoliyə gedən təyyarənin qalıqları jandarma bölmələrimiz tərəfindən Haymana rayonunun Kesikkavak kəndindən 2 km cənubda aşkar edilib”.

Xatırladaq ki, Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli Əl-Həddad hadisədən öncə Türkiyənin Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun qonağı olaraq Ankaraya gəlib və milli müdafiə naziri Yaşar Gülerlə də görüşüb.

media-ads_728_90
Paylaş