Lökbatanda anbarda baş verən yanğın söndürülüb

media-ads_728_90

Ötən gün Lökbatanda baş verən yanğın söndürülüb.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edək ki, mayın 12-də səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub.

Yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 000 kvadratmetr olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21 000 kvadratmetr sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

media-ads_728_90
Paylaş