Aleksandr Lukaşenko: “BRİCS gələcəyin birliyidir”
“BRİCS gələcəyin birliyidir”.
“TV1” xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının plenar iclasında deyib.
Mötəbər tədbirdə çıxış edən Belarus prezidenti həmçinin vurğulayıb ki, ərazisindən və hərbi gücündən asılı olmayaraq daha çox ölkə ədalətli dünya düzəni haqqında təsəvvürünü BRİCS-lə bağlayır:
“Bu çərçivədə hər kəsin öz inkişaf ideologiyasını sərbəst şəkildə həyata keçirmək və müstəqil xarici siyasət yürütmək hüququ tanınır. Öz potensialına görə BRİCS beynəlxalq münasibətlərin sivil inkişafının məsuliyyətini daşımağı bacarmayan kollektiv qərbin dominantlığına son qoya bilər. BRİCS iştirakçılarının gücü çatır ki, elə etsinlər ki, real təsir rıçaqları mütərəqqi çoxluğun əlinə keçsin”.
Qeyd edək ki, bu gün Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının plenar iclası keçirilir.