İlon Mask Britaniyanı polis dövləti adlandırıb

media-ads_728_90

İlon Mask Böyük Britaniyanın polis dövlətinə çevrildiyini bildirib.

“TV1” xəbər verir ki, bu barədə o, “X” platformasında yazıb.

“Birləşmiş Krallıq polis dövlətidir”, – deyə İ.Mask qeyd edib.

O, Cardiff Crown Məhkəməsinin qaradərililərə qarşı irqçi təhqirlər ehtiva edən “X” yazılarına görə, bir britaniyalıya 20 ay həbs cəzası verdiyini iddia edən yazıya cavab verib.

İ.Maskın yenidən paylaşdığı yazıdan aydın olur ki, hökmə cavabdeh olan hakim Tracey Lloyd-Clarke daha əvvəl “həbsxanada sıxlıq” səbəbiylə yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən şəxsin azadlığa buraxılması barədə göstəriş verib.

Qeyd edək ki, oktyabr ayında o, “X”də Britaniyanın Baş naziri Kir Starmer haqqında sərt paylaşımlar edib. İ.Mask Britaniyanın Baş nazirini “nə deyəcəyini başqaları söyləyən, boş düşüncəli aktyor” adlandırıb.

media-ads_728_90
Paylaş