Maya Sandu 55.33 faiz səslə Moldova prezidenti seçilib
Moldovada keçirilən Prezident seçkisində hazırkı dövlət başçısı Maya Sandu qalib gəlib.
“TV1” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, o 55,33 faiz səs, rəqibi Aleksandr Stoyanoqlu isə 44,67 faiz səs toplayıb.