MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 84-cü iclası Aşqabadda olacaq
MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 84-cü iclasına Türkmənistan ev sahibliyi edəcək.
“TV1” xəbər verir ki, bu barədə qərar Şuranın Bakıda keçirilmiş 83-cü iclasında qəbul edilib.
Qərara əsasən, növbəti iclas 2026-cı ilin mayında Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.
Artıq bugünki iclasın protokolu imzalanıb. İclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Ermənistan, Latviya və Estoniya dəmiryol administrasiyalarının, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD), MDB-nin İcraiyyə Komitəsi, Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər heyəti iştirak ediblər.








