MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının protokolu imzalanıb
Bakıda keçirilən MDB-nin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının protokolu imzalanıb.
“TV1” xəbər verir ki, iclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Ermənistan, Latviya və Estoniya dəmiryol administrasiyalarının, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD), MDB-nin İcraiyyə Komitəsi, Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər heyəti iştirak ediblər.








