Meksikada iğtişaşlarda ölənlərin sayı 14-ə çatıb

media-ads_728_90

Meksikada “Xaliskonun Yeni Nəsil Karteli”nin lideri Nemesio Oseqera Servantesin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsindən sonra baş verən zorakılıq dalğasında ən azı 14 nəfər həyatını itirib.

“TV1” xəbər verir ki, məlumatlara görə, qurbanlar arasında – Meksika Milli Qvardiyasının yeddi xidmətçisi yer alır.

Ölüm faktları Xalisko, Miçoakan və Quanaxuato ştatlarında qeydə alınıb.

Meksika Müdafiə Nazirliyi əvvəlcə əməliyyatın Oseqeranı ələ keçirməyə yönəldiyini bildirmişdi, lakin əməliyyatın gedişində hərbçilərlə kartel üzvləri ilə atışma meydana gəlib. Yaralı Oseqera hava yolu ilə Mexikoya daşınmağa çalışılsa da, uçuş zamanı vəfat edib.

Kartel üzvləri cavab olaraq yolları bağlayıb və nəqliyyat vasitələrini yandırıblar. Meksikanın ikinci ən böyük şəhəri olan Qvadalaxara faktiki olaraq bloklanmış vəziyyətə düşüb.

Meksika Prezidenti Klaudi Şeynbaum vətəndaşlara sakit olmalarını çağırıb. Hakimiyyət orqanları bildirib ki, ölkənin 20 ştatında kartel üzvləri tərəfindən qoyulmuş 250-dən çox yol baryerinin əksəriyyəti aradan qaldırılıb.

media-ads_728_90
Paylaş