Meksikada stadiona hücum olub - 11 ölü, 12 yaralı

media-ads_728_90

Ötən gün Meksikanın mərkəzində futbol matçı zamanı silahlı şəxslərin hücumu nəticəsində 11 nəfər ölüb, 12 nəfər yaralanıb.

“TV1” xəbər verir ki, hadisə yerli vaxtla saat 17:20 radələrində Salamanka əyalətinin (Quanaxuato ştatı) Loma de Flores şəhərindəki futbol meydançasında baş verib.

İki pikapla gələn silahlı şəxslər fərq qoymadan oyunçulara və tamaşaçılara atəş açıblar. Nəticədə on nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb. Yaralılar yaxınlıqdakı tibb mərkəzlərinə aparılıb.

Ştat polisi, Milli Qvardiya və Meksika ordusu da daxil olmaqla, təhlükəsizlik qüvvələri cinayətkarları tapmaq üçün əməliyyata başlayıb.

Son illərdə Quanaxuato Meksikanın ən təhlükəli ştatlarından birinə çevrilib və qanlı hadisələrin əksəriyyəti mütəşəkkil cinayətkar qruplar arasındakı münaqişələrlə bağlıdır.

media-ads_728_90
Paylaş