Mərakeşdə daşqınlarda ölənlərin sayı 37-yə çatıb - YENİLƏNİB

media-ads_728_90

Mərakeşin qərbində Safi əyalətində daşqınlar nəticəsində azı 37 nəfər həlak olub.

“TV1” xəbər verir ki, yerli hökumət orqanlarının məlumatına görə, 14 nəfər daşqından sonra tibbi yardım alıb.

Daha əvvəl 21 nəfərin həlak olduğu bildirilirdi.

10:36

Mərakeşin qərbindəki Safi vilayətində daşqın nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

“TV1” xəbər verir ki, bazar günü Atlantik sahilində yerləşən Safi bölgəsinə güclü yağış yağaraq daşqınlara səbəb olub.

Əyalətin eyniadlı inzibati mərkəzi Safi şəhərində 70 ev və mağaza su altında qalıb, avtomobilləri su aparıb, yollar dağılıb. 32 nəfərin isə yaralandığı bildirilir. Bölgədə xilasetmə əməliyyatları və itkin düşmüş şəxslərin axtarışı davam edir.

Daşqın əyalətin administrativ mərkəzi Safi şəhərinə böyük ziyan vurub.

media-ads_728_90
Paylaş