Mərakeşdə iki bina uçub - 19 nəfər ölüb/VİDEO

media-ads_728_90

Mərakeşin Fəs şəhərində iki binanın uçması nəticəsində azı 19 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bu barədə Mərakeşin dövlət informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, səkkiz ailənin yaşadığı iki dördmərtəbəli bina uçub.

Xəsarət alanlar Fəs universitet xəstəxana mərkəzinə çatdırılıb. Xilasedicilər dağıntılar altında qalanların axtarışını davam etdirir.

media-ads_728_90
Paylaş