Mərkəzi Bankın valyuta ehtiyatları AÇIQLANDI
2025-ci il mart ayının 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 991.8 milyon ABŞ dolları təşkil edib.
“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, bu göstərici əvvəlki ayla müqayisədə 3.3 milyon dollar çoxdur.
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7% və ya 658.5 milyon dollar azalıb.