Metroda interval azaldıldı

media-ads_728_90

Bakı metrosunda bənövşəyi xətdə qatarların hərəkət intervalı ilk dəfə 5 dəqiqəyədək azalıb.

“TV1” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb.

Nəticədə “Avtovağzal-Xocəsən” sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, “Avtovağzal-8 Noyabr” sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.

media-ads_728_90
Paylaş