Milyonçuların öldüyü helikopter qəzasının GÖRÜNTÜLƏRİ

media-ads_728_90

​Rusiyanın Perm vilayətinin Bardım rayonunun Peçmen kəndi yaxınlığında özəl helikopter qəzaya uğrayıb.

“TV1” xəbər verir ki, qəza nəticəsində iş adamı, “Tattranskom” nəqliyyat şirkətinin təsisçisi və milyonçu İlyas Gimadutdinov və onun dostu avtomobil kolonunun rəhbəri Elmir Konyakov həyatını itirib.

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) Perm diyarında şəxsi helikopterin qəzaya uğraması ilə nəticələnən fövqəladə hadisəni aviaqəza kimi qiymətləndirib.

Qəza anı təsadüfi şahidlər tərəfindən lentə alınıb və görüntülər sosial şəbəkələrdə yayılıb.

media-ads_728_90
Paylaş