Mixail Zabelin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Mixail Yuryeviç Zabelin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“TV1” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu orden ona Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatı Zabelin Mixail Yuryeviçin sabah 80 yaşı tamam olur.








