media-1200x100

Moldovada prezident seçkiləri: Maya Sandu qələbə qazanıb

media-ads_728_90

Moldovanın hazırkı prezidenti Maia Sandu prezident seçkilərində Aleksandr Stoyanoqlo üzərində 10 faizə yaxın fərqlə qalib gəlib.

“TV1” xəbər verir ki, bu barədə noyabrın 3-də keçirilən seçkilərin ikinci turunun ilkin nəticələrində qeyd olunub.

Mərkəzi Seçki Komissiyasının saytında dərc edilmiş ilkin səsvermənin nəticələrinə əsasən, M.Sanduya 908 196 seçici (54,91%), A.Stoyanoqloya isə 745 866 seçici (45,09%) səs verib.

Seçkilərdə 1 697 019 Moldova vətəndaşı iştirak edib ki, bu da 54,28% təşkil edir. Bu saata kimi səsvermə protokollarının 98,6 faizi hesablanıb.

media-ads_728_90
Paylaş