Moskvada güclü partlayış - Ölənlərin sayı üçə çatıb

media-ads_728_90

İki polis əməkdaşı və daha bir nəfər Moskvanın Yeletskaya küçəsində partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub.

“TV1” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

“İstintaqın məlumatlarına görə, 23-dən 24-nə keçən gecə Moskvanın Yeletskaya küçəsində iki DYP əməkdaşı polis xidməti avtomobilinin yanında şübhəli şəxs görüblər. Onlar onu saxlamaq üçün yaxınlaşdıqda, partlayıcı qurğu işə düşüb”, – Rusiya İstintaq Komitəsinin teleqram kanalında deyilir.

Qurumun məlumatına görə, alınan xəsarətlər nəticəsində iki polis əməkdaşı, eləcə də polislərin yanında olan şəxs həlak olub.

Hadisə dekabrın 22-si Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının əməliyyat hazırlığı idarəsinin rəisi, general-leytenant Fanil Sarvarovun avtomobilinin partladıldığı yerə yaxın ərazidə baş verib.

media-ads_728_90
Paylaş