Naxçıvanda dəmir yolu xətti boyunca 10 stansiya yenidən qurulacaq - ADY

media-ads_728_90

Naxçıvan Muxtar Respublikasında dəmir yolu xətti boyunca 10 stansiyanın yenidən qurulması nəzərdə tutulur.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib.

Məlumata əsasən, uzunluğu 194,1 kilometr olan dəmir yolu boyunca həmçinin 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.

Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvanla birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.

media-ads_728_90
Paylaş