FHN: Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb - YENİLƏNİB

media-ads_728_90

Bakı şəhərinin Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində geniş sahəyə yayılmadan tam söndürülüb.

“TV1” xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

11:39 ——————————————————————————————————————————————————–

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

“TV1” xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

media-ads_728_90
Paylaş