media-1200x100

Netanyahu məlumat sızmaları ilə bağlı araşdırma tələb edib

media-ads_728_90

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin baş prokuroru Qali Baharav-Miaraya məktub göndərərək, təhlükəsizlik məsələləri üzrə iclaslardan sızan məlumatların araşdırılmasını tələb edib.

“TV1” xəbər verir ki, bu barədə məlumat hökumət başçısının ofisi tərəfindən yayımlanıb.

“Ciddi məlumat sızmaları və məxfi məlumatların ifşa edilməsi hallarının baş verdiyi müşahidə olunub. Bu sızmaları araşdırmaqla bağlı dəfələrlə xahiş etməyimə baxmayaraq, heç bir şey edilməyib”, – Netanyahu baş prokurora müraciətində yazıb.

Xətırladaq ki, noyabrın əvvəllərində “The Times of Israel” qəzeti, İsrail kəşfiyyat xidmətlərinin məxfi məlumatların sızdırılması ilə bağlı bir neçə şübhəlini saxladığı barədə xəbərlər yayıb.

media-ads_728_90
Paylaş