Netanyahunun ofisindən məxfi sənədlər oğurlanıb
İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən məxfi sənədlər oğurlanıb.
“TV1” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, İsrail kəşfiyyat orqanları baş nazir Benyamin Netanyahunun ofisindən Qəzza müharibəsinə dair məxfi kəşfiyyat məlumatların yer aldığı sənədlərin sızması ilə əlaqədar bir neçə şübhəlini saxlayıb.
Qeyd edilib ki, şübhəlilər istintaqa aparılıb, araşdırma davam edir.