Nigeriyada terrorçular kilsəyə hücum edib - 15 nəfər oğurlanıb
Nigeriyada bir dəstə terrorçu kilsəyə hücum edərək, azı 15 nəfəri naməlum istiqamətdə oğurlayıblar.
“TV1” xəbər verir ki, hadisə Nigeriyanın mərkəzi hissəsində, Koqi ştatında yerləşən Ayetoro Kiri yaşayış məntəqəsində baş verib.
Yerli sakinlər təşvişə düşərək evlərini tərk ediblər. Tutulan girovların dəqiq sayı hələ müəyyən edilməyib.
Hadisə şahidləri qeyd edirlər ki, hücum zamanı bir mülki şəxs öldürülüb.








