Norveç NATO-nun hava bazasını BAĞLADI
Norveçin şimalındakı Andoya adasındakı NATO aviabazasının komandiri texniki problemlərlə əlaqədar onu bağlamaq qərarına gəlib.
“TV1” xəbər verir ki, bu barədə “Forsvarets” məlumat yayıb.
“Ən böyük problem uçuş-enmə zolağıdır. Məhdudiyyətlərinə görə Andoya adasından NATO-nun “Soyuq Cavab” adlı əsas təlimi zamanı istifadə edilə bilməz və bir çox müttəfiq fəaliyyətləri artıq ləğv edilib”, – deyə baza komandiri polkovnik-leytenant Oystein Dahlberq bildirib.
Dahlberq bildirib ki, uçuş-enmə zolağındakı beton çatlar və torpaq eroziyası uçuşları mümkünsüz etdikdən sonra obyekt bağlanmalı olub.








