Norveçdə 15 yaşınadək uşaqlara sosial şəbəkələrdən istifadə qadağan olunacaq
Norveçdə 15 yaşınadək olan uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa tətbiq ediləcək.
“TV1” xəbər verir ki, “Verdens Gang” nəşrinin məlumatına əsasən ölkənin baş naziri Yonas Qar Styöre belə bir təşəbbüslə çıxış edib.
O deyib ki, sosial şəbəkələrdəki ziyanlı kontentlər uşaqların tərbiyəsinə və psixologiyasına mənfi təsir göstərir.
Xatırladaq ki, indiki qanunvericiliyə əsasən Norveçdə 13 yaşından etibarən sosial şəbəkədən istifadə etməyə icazə verilir.
Analoji qadağa təşəbbüsü ilə Avstraliya və Fransada məqsədyönlü addımlar atılır.