Növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB 2
Ağdam rayonuna yola salınan növbəti köç karvanı Xıdırlı kəndinə çatıb, sakinlərə açarlar təqdim edilib.
“TV1” xəbər verir ki, açarların təqdimetmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu köçlə Xıdırlı kəndinə qayıdan ailələrin sayı 555-ə (2195 nəfər) çatıb.
12:23
Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
“TV1” xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 15 ailə, 73 nəfər köçürülüb.
11:53
Ağdamın Xıdırlı kəndinə 15 ailə, 73 nəfər köçürülüb.
“TV1” xəbər verir ki, Ağdamın Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.








