Omanda İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb - YENİLƏNİB

media-ads_728_90

Omanda İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb.

“TV1” “Tasnim”ə istinadən xəbər verir ki, danışıqların ikinci raundu yekunlaşıb.

Hazırda ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Omanın xarici işlər naziri ilə məsləhətləşmələr aparır.

Qeyd edək ki, bundan əvvəlki raundda Oman XİN rəhbəri tərəflər arasında mesajların mübadiləsində vasitəçilik edib.

12:07

Omanda ABŞ-İran danışıqları başlayıb.

“TV1” xəbər verir ki, görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner iştirak edirlər.

İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.

Qeyd edək ki, bu danışıqlar iyun ayında İsraillə İran arasında 12 günlük müharibədən sonra ABŞ-la İran arasında ilk rəsmi görüşdür.

media-ads_728_90
Paylaş