Ötən il Azərbaycanda qaz istehlakı 13 milyard kubmetri ötüb
Azərbaycanda 2025-ci ildə ölkə üzrə təbii qazın istehlakı 13 milyard 240 milyon 554 min 327kubmetr təşkil edib.
“TV1” xəbər verir ki, bu barədə SOCAR-ın 2025-cü ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Məlumata görə, təbii qaz istehlakı 2024-cü ilin nəticələri ilə müqayisədə 3,1 % azdır:
“Ölkə daxilində təbii qaz sərfiyyatının azalmasına səbəb elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının artmasıdır”.








