Özbəkistanda biznes üçün genişmiqyaslı İSLAHAT - “Sıfır bürokratiya”

media-ads_728_90

Özbəkistanda biznes üçün genişmiqyaslı islahat elan edilib. Fərdi sahibkarlar üçün vahid 1%-lik vergi tətbiq edilir.

“TV1” xəbər verir ki, həyata keçirilən islahatlar çərçivəsində ölkədə ƏDV və gəlir vergisinə keçən şirkətlərə sabit ödənişlər ləğv edilir və vergi tətilləri verilir.

“Sıfır bürokratiya” islahatı 2030-cu ilə qədər dövlət xidmətlərinin 95%-nin onlayn rejimdə keçirilməsini, lisenziyalaşdırma və icazə prosedurlarının kəskin şəkildə azaldılmasını nəzərdə tutur.

İndi biznesin qeydiyyatı təxminən 15 dəqiqə çəkir – elektron rəqəmsal imza, bank hesabı və kassa aparatı avtomatik olaraq yaradılır.

İslahatların məqsədi kiçik və orta biznesi dəstəkləmək, investisiya cəlb etmək, ixracı inkişaf etdirmək, sahibkarlıq xərclərini azaltmaqdır.

media-ads_728_90
Paylaş