Pakistanda binada partlayış olub - 16 nəfər həlak olub
Pakistanın ən böyük liman şəhəri olan Kəraçidə yaşayış binasında baş verən qaz partlayışı binanın bir hissəsinin çökməsinə səbəb olub.
“TV1” xəbər verir ki, partlayış cümə axşamı Sind əyalətinin inzibati mərkəzi olan Karaçinin yaşayış məhəllələrindən birində baş verib.
Aralarında qadın və uşaqlar olmaqla, azı 16 nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb.
Yerli polis rəisi bildirib ki, hadisə müsəlmanların müqəddəs Ramazan ayının ilk günündə sakinlərin sahur yeməyinə hazırlaşdığı vaxt qeydə alınıb.
Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı hazırda da davam edir.








