Pakistanda məsciddə partlayış olub - 31 ölü, 169 yaralı - YENİLƏNİB/VİDEO
Pakistanın paytaxtı İslamabadda baş vermiş partlayış nəticəsində 31 nəfər ölüb.
“TV1” xəbər verir ki, partlayış nəticəsində 169 nəfər yaralanıb.
14:46
İslamabadda məsciddə baş verən partlayış nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb.
“TV1” xəbər verir ki, 80 nəfərin yaralandığı bildirilir.
14:11
Pakistanın paytaxtı İslamabadda məsciddə baş verən partlayış nəticəsində 10 nəfər həlak olub, 80 nəfər yaralanıb.
“TV1” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, partlayış Xədicətul Kübra məscidində cümə namazı zamanı baş verib.
Xilasetmə xidmətləri hadisə yerindədir. Zərərçəkənlər barədə hələlik məlumat verilməyib.








