Pakistanda təhlükəsizlik postuna hücum - 12 silahlı, 11 hərbçi həlak olub
Pakistanın Xayber Paxtunxva vilayətinin Bajaur dairəsində təhlükəsizlik postuna edilən terror hücumunda 12 silahlı və 11 təhlükəsizlik əməkdaşı həlak olub.
“TV1” xəbər verir ki, Çinin Sinxua agentliyinin yaydığı məlumata görə, hücum edənlər postu keçməyə çalışsa da, təhlükəsizlik qüvvələri onları məhv edib.
Partlayıcı yüklü avtomobilin partlaması nəticəsində postun bir hissəsi dağılıb, yaxınlıqdakı yaşayış binalarına ziyan dəyib.
Hazırda təhlükəsizlik qüvvələri bölgədə qalan silahlıları zərərsizləşdirmək üçün əməliyyat aparır.








