Paşinyan Azərbaycandan Ermənistana benzin idxalından DANIŞDI
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycandan benzin idxalına dair razılaşmanın təfərrüatlarını açıqlayıb.
“TV1” xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.
“Baş nazir müavinlərinin görüşü zamanı Azərbaycan baş nazirinin müavini (Şahin Mustafayev) Azərbaycanın neft məhsullarının satışına hazır olduğunu bildirdi. Ermənistan hökuməti də bazarı araşdıraraq, razılaşdı, bundan sonra iki tərəfin şirkətləri əlaqə saxladı”, – deyə o, qeyd edib.
Baş nazir deyib ki, benzin alındıqdan sonra Ermənistanda boykot halları olub.







