Paytaxtda istismara yararsız magistral su kəmərləri yenilənəcək
Bakı şəhərində istismara yararsız magistral su kəmərlərinin yenilənəcək.
“TV1” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Belə ki, 2026−2035-cu illərdə 20 layihə sənədinin hazırlanması və tikinti layihələrinə ekspertiza rəyinin alınması, plan üzrə işlərin 45 faizinin icrası və 110 km magistral kəmərin əsaslı təmiri işlərinin yekunlaşdırılması planlaşdırılır.








