Paytaxtın bu ərazisində işıq kəsiləcək - XƏBƏRDARLIQ

media-ads_728_90

Biləcəri ETSİ-nə daxil olan bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“TV1” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, yanvarın 12-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi ərazisində 6 kV-luq hava xətlərində təmir-təftiş işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək “Embawood” zavodu və Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

media-ads_728_90
Paylaş