Pentaqon: ABŞ Suriyada antiterror əməliyyatına başlayıb

media-ads_728_90

ABŞ Silahlı Qüvvələri Suriyada İŞİD terror qruplaşmasının döyüşçülərinə qarşı antiterror əməliyyatına başlayıb. Bu addım Palmirada amerikalı hərbçilərə edilən hücuma cavab olaraq atılıb.

“TV1” xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset açıqlayıb.

O bildirib ki, “Hawkeye Strike” (“Şahin gözü zərbəsi”) əməliyyatı İŞİD döyüşçülərinin, infrastruktur obyektlərinin və silah anbarlarının məhv edilməsinə yönəlib. Nazir vurğulayıb ki, ABŞ-ın hərəkətləri 13 dekabrda Suriyanın Palmira şəhərində amerikalı hərbçilərə edilən hücuma birbaşa cavabdır.

“Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır”, – deyə P.Heqset bildirib.

O həmçinin qeyd edib ki, əməliyyat zamanı ABŞ hərbçiləri artıq bir sıra döyüşçüləri zərərsizləşdiriblər və fəaliyyətlərini davam etdirməyə niyyətlidirlər: “Bu gün biz düşmənlərimizi izlədik və öldürdük. Çoxlarını. Davam edəcəyik”.

 

media-ads_728_90
Paylaş