media-1200x100

Peskov: ABŞ seçkilərinə müdaxiləmiz barədə bəyanatlar absurddur

media-ads_728_90

ABŞ-dəki prezident seçkilərinə müdaxiləmiz barədə bəyanatlar absurddur.

“TV1” xəbər verir ki, “Interfax”ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, seçki günü yaxınlaşdıqca analoji açıqlamaların intensivliyinin artacağını da istisna etməyib.

D.Peskovun sözlərinə görə, ABŞ-də həm Rusiyanı, həm də Prezident Vladimir Putini siyasi mübarizənin önəmli faktoru hesab edirlər.

Qeyd edək ki, bir qədər əvvəl mətbuatda ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya, Çin və İranın ölkədəki prezident seçkisinə müdaxilə planı hazırladığı barədə məlumat yayıb.

media-ads_728_90
Paylaş