media-1200x100

Azərbaycan Prezidenti Hulusi Akarı qəbul edib - FOTO 

media-ads_728_90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

“TV1” xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi məmnunluqla qeyd olundu.

Hulusi Akar dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

media-ads_728_90
Paylaş