Prezident seçkisi baş tutub – Gürcüstan MSK
Gürcüstanda prezident seçkiləri rəsmən baş tutmuş sayılıb, çünki səsvermə üçün kvorum toplanıb – Seçicilər Kollegiyasının 151-dən çox üzvü iştirak edib.
“TV1” xəbər verir ki, Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək.
Gürcüstan prezidentliyinə yeganə namizəd isə deputat, Gürcüstanın futbol üzrə yığma komandasının keçmiş hücumçusu Mixail Kavelaşvilidir.