Putin və Lukaşenko bağlı qapılar arxasında görüş keçirib
Belarus prezidenti Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putin qapalı formatda görüş keçirib.
“TV1” xəbər verir ki, bu barədə Belarus dövlətinin başçısı Valaam adasında keçirdiyi görüşdən sonra açıqlama verib.
Məlumata görə, dialoq zamanı dövlət liderləri strateji və taktiki məsələləri həll ediblər.
Əsas mövzulardan birinin təhlükəsizlik məsələləri olduğu bildirilib.