Putinlə görüşə hazırlıq gedir - Trampın müşaviri
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Vals Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş üçün hazırlıqların getdiyini bildirib.
“TV1” xəbər verir ki, bu barədə məlumatı ABC telekanalı verib.
“Hazırlıq işləri gedir” – deyə Vals bildirib.
Qeyd edək ki, yanvarın 10-da ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşə hazırlıq barədə məlumat verib. Onun sözlərinə görə, Ukrayna münaqişəsinə son qoymaq lazımdır. Buna cavab olaraq Rusiya liderinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya lideri heç bir ilkin şərt olmadan Trampla görüşə hazırdır.