"Qarabağ" - "Ayntraxt" oyununun HAKİMLƏRİ

media-ads_728_90

Bakıda “Qarabağ” və Almaniyanın “Ayntraxt” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununun təyinatları açıqlanıb.

“TV1” xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sandro Şerer olacaq. Ona həmyerliləri Stefan De Almeyda və Yonas Erni kömək göstərəcək. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fendrix əyləşəcəklər.

UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.

Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

media-ads_728_90
Paylaş