media-1200x100

Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatımıza töhfəsi 15 milyard manat olacaq - Vüqar Bayramov/ÖZƏl+VİDEO

media-ads_728_90

“2025-ci ildə Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının formalaşması və reinteqrasiyası Azərbaycanda iqtisadi artım üçün yeni imkanlar yaradacaq”.

Bunu “TV1”-ə özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, ilkin qiymətləndirmələrə görə, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatına töhfəsi təxminən ümumi iqtisadiyyatımızın 10-12% intervalındadır:

“Bu, təxminən 15 milyard manatlıq yeni dəyər deməkdir. Birinci Qayıdış Proqramından sonra gözlənilir ki, mərhələli şəkildə həmin dəyər formalaşacaq”.

V.Bayramov daha sonra qeyd edib:

“Bu il işğaldan azad olunmuş ərazilərimizdə kifayət qədər çoxlu sayda yeni müəssisələrin yaradılması, formalaşması, fəaliyyətə başlaması, istehsal, xidmət həyata keçirəcəyini müşahidə edəcəyik.

Mətanət Əliyeva 

Daha ətraflı müsahibədə: 

media-ads_728_90
Paylaş