Qardabanidə dəhşətli QƏZA - Həyatını itirənlərin sayı 7-yə çatıb/VİDEO

media-ads_728_90

Gürcüstanın əsasən azərbaycanlıların məskunlaşdığı Qardabani rayonunda avtoqəza nəticəsində 7 nəfər ölüb, 1 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“TV1” xəbər verir ki, hadisə Qardabani–Rustavi yolunda qeydə alınıb.

Avtoqəza nəticəsində Birlik kəndindən olan iki qardaş – Şamil və Kamil Əliyevlər və onların qohumlarının – Əlil və Sahir Cəlilovların həyatını itirdikləri məlum olub. Ölənlərin Saqarejo rayonundan olan digər gənclərlə birlikdə avtomobildə olduqları bildirilir.

Məlumata görə, Şamil 17, Kamil isə 19 yaşında olub. Yerli sakinlər onların valideynlərini erkən itirdiklərini və nənə-baba himayəsində böyüdüklərini bildirirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, istintaq tədbirləri davam etdirilir. Mərhumların meyitləri üzrə məhkəmə-tibbi ekspertiza təyin olunub.

Yaralı gəncin vəziyyətinin kritik olduğu bildirilir.

 

media-ads_728_90
Paylaş