Qazaxıstanda Ərdoğana dövlət ordeni verilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən “Xoca Əhməd Yəsəvi” ordeni təqdim edilib.
“TV1” xəbər verir ki, təqdimat Astanada iki ölkə arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutub.
Prezident Ərdoğan mərasimdə etdiyi çıxışda Xoca Əhməd Yəsəvi adına təsis edilən sözügedən nüfuzlu ordenin ilk dəfə özünə təqdim edilməsindən böyük məmnunluq duyduğunu bildirib:
“Bu ordeni Türkiyə Cümhuriyyətinə və millətimizə yüksək bir iltifat olaraq görür və qəbul edirəm. Bu münasibətlə ölkələrimiz arasındakı qardaşlığın bugünkü səviyyəsinə çatmasında göstərdiyiniz liderlik üçün sizə, dəyərli qardaşıma təşəkkür edirəm. Rəbbim qardaşlığımızı və məhəbbətimizi daim etsin”.
“Xoca Əhməd Yəsəvi” ordeni Qazaxıstan Prezidenti Tokayev tərəfindən 10 aprel 2026-cı ildə elan edilib. Bugünkü mərasimlə Prezident Ərdoğan “Xoca Əhməd Yəsəvi” ordeni təqdim edilən ilk şəxs olub.








