Qazaxıstanda TDT liderlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək
Mayın 15-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) liderlərinin qeyri-rəsmi zirvə görüşü keçiriləcək.
“TV1” xəbər verir ki, görüşdə “Süni intellekt və rəqəmsal inkişaf” mövzusu ilə bağlı müzakirələr aparılacaq.
Tədbirdə TDT ölkələrindən dövlət başçılarının və rəsmi nümayəndə heyətlərinin iştirakı gözlənilir.








