Qəbələdəki zəlzələdə dağıntı və tələfat yoxdur - RƏSMİ

media-ads_728_90

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN məlumat daxil olmayıb.

Xatırladaq ki, bu gün Qəbələ stansiyasından 11 km cənub-qərbdə Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub. 5,1 maqnitudalı yeraltı təkan yerli vaxtla 15:13-də, 42 km dərinlikdə baş verib. Yeraltı təkanlar Qəbələ, İsmayıllı, Zaqatala və başqa bir neçə rayonda hiss olunub.

media-ads_728_90
Paylaş